DİN Fəvvarələr meydanındakı aksiya ilə bağlı məlumat yayıb

1 Dekabr 2021 17:31 (UTC+04:00)

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, cəhdin qarşısı polis əməkdaşları tərəfindən qətiyyətlə alınıb.

Qeyd olunub ki, qanunsuz aksiyanın təşkilatçıları, eləcə də polis əməkdaşlarına müqavimət göstərməyə cəhd edən bir neçə nəfər saxlanılıb, digərləri isə ərazidən uzaqlaşdırılıblar: "Saxlanılan şəxslərin hərəkətinə hüquqi qiymət verilməsi üçün müvafiq araşdırmalar aparılır".