"Tofiq Yaqublu polis bölməsində döyülməyib" -DİN

1 Dekabr 2021 19:36 (UTC+04:00)

'Bu gun şəhərin mərkəzində razılaşdırılmayan aksiyada saxlanılanalar arasında qadın və azyaşlı yoxdur'.
Bu barədə AzNews.az-ın soröusuna cavab olaraq DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, saxlanılan şəxslərin bir qisminə xəbərdarlıq edirlərək sərbəst buraxılıb, digərləri barəsində araşdırmalar davam etdirilir.

Tofiq Yaqubluya isə polis tərəfindən tərəfindən xəsarət yetirilməsi ilə bağlı iddialara cavab olaraq şöbə rəisi əlavə edib ki, onun bölmədə döyülməsi, xüsusi təzyiqə məruz qalması ilə bağlı iddialar əsassızdır. Amma bütün bunlara baxmayaraq, qeyd olunan iddialar müvafiq qayda da araşdırılacaqdır.