Azərbaycan XİN Rumıniyanı təbrik edib

2 Dekabr 2021 09:57 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bununla əlaqədar nazirliyin tviter səhifəsində paylaşım edilib.

“Milli Bayram Günü münasibətilə Rumıniya hökumətinə və xalqına ən xoş arzularımızı və səmimi təbriklərimizi çatdırırıq. Milli Bayram Gününüz mübarək, Rumıniya”, - təbrikdə bildirilib.

Qeyd edək ki, dekabrın 1-i Rumıniya və Transilvaniyanın birləşməsi - çağdaş Rumıniyanın yaranması günüdür.