Növbəti həftələrdə ənənəvi tədris tam bərpa oluna bilər

2 Dekabr 2021 17:42 (UTC+04:00)

Bu fikirləri təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, vəziyyət belə davam edərsə, növbəti həftələrdə də tədrisin distant formada keçirilməsinə ehtiyac olmayacaq: "Xatırladım ki, Təhsil Nazirliyi aidiyyəti qurumlarla birgə mütəmadi şəkildə məktəblərdə yoluxma ilə bağlı vəziyyəti izləyir və məsələni nəzarətdə saxlayır. Son həftələrdə müəyyən qədər yoluxmalarda sabitlik yaranıb".

Nazir bildirib ki, hazırki dövrdə daha az məktəb və sinif distant təhsilə keçir, çünki yoluxma sayı aşağı olur: "Amma pandemiya hələ davam edir. Ölkə üzrə hər gün 1500-2000-ə yaxın yoluxma olur. Ancaq təhsil işçilərinin 90 faizindən çoxunun vaksinasiya olunması ilə təhsilin davamlılığını saxlaya bilirik".