Füzulidə karantin nöqtələri yaradılacaq

3 Dekabr 2021 15:24 (UTC+04:00)

AzNews.az “Report”a istinadən xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov Bakıda keçirilən “UNEC İqtisadi Forumu”nun “Qarabağa böyük qayıdış: Dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya” panelində deyib.

Onun sözlərinə görə, bu işləri Kənd Təsərrüfatı Nazirliyi Qida Təhlükəsizliyi Agentliyi ilə birgə həyata keçirir.

“İndiki halda Füzuli rayonu ərazisində giriş karantin nöqtələri yaratmaqla əraziyə gətirilən bütün heyvanların identifikasiya edilməsi, baytarlıq norma və qaydaları gözlənilməklə yerləşdirilməsi və saxlanmasının həyata keçirilməsi planlaşdırılır”, - deyə nazir qeyd edib.