DİM-in yeni inzibati binası istifadəyə verilib

3 Dekabr 2021 16:36 (UTC+04:00)

Dövlət İmtahan Mərkəzinin yeni inzibati binası istifadəyə verilib.

Ofis Bakının Nəsimi rayonu, Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşir.

Belə ki, dekabrın 6-dan etibarən DİM-də vətəndaşların qəbulu şöbəsi mərkəzin yeni inzibati binasında fəaliyyət göstərəcək. Vətəndaşların qəbulu həftənin I-V günləri saat 9:00-dan 17:00-dək həyata keçiriləcək.

Qeyd edək ki, yeni binanın ünvanı əvvəllər İnqilab küçəsi 17 adlanırdı.