Hulusi Akar Suriya ilə sərhəddə gedib

3 Dekabr 2021 18:14 (UTC+04:00)

Türkiyə müdafiə naziri Hulusi Akar Suriya ilə sərhəddə gedib.

Aznews.az xəbər verir ki, Akarla yanaşı, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Yaşar Güler, Quru Qoşunları komandanı Musa Avsever, Hərbi Dəniz Qüvvələrinin komandanı Adnan Özbal və Hərbi Hava Qüvvələrinin komandanı Hasan Küçükakyüz Suriya ilə həmsərhəd Hatay bölgəsinə gəliblər.

Müdafiə naziri və generallar Suriya ərazisində xidmət çəkən hərbi birləşmələrin rəhbərliyi ilə videokonfrans vasitəsilə danışıb.