Omikron ştammdan necə qorunmalı? - Epidemioloqdan tövsiyə

3 Dekabr 2021 21:30 (UTC+04:00)
Omikron ştammının Rusiya, eləcə də Azərbaycana qonşu ölkələrə keçmə ehtimalı artıb və bəlkə də artıq bu ştamm ölkə sərhədlərini keçib.

Virusoloqlar əmindir ki, bu ştammın yayılmayacağı ölkə qalmayacaq. Bəs Omikrondan qorunmaq üçün nələr lazımdır.

Aznews.az xəbər verir ki, rusiyalı genetik, mikrobioloq Konstantin Severinov Deltadan da yoluxucu mutasiyadan qorunmağın yollarını açıqlayıb.

“Hesab edirəm ki, yeni vaksin olunanlar və peyvənddən 1-2 ay keçməyənlər yeni mutasiyaya qarşı bir qədər davamlı ola biləcək. 1 il, 6 ay əvvəl kovidə yoluxub sağalanlarda isə yoluxma riski çox yüksəkdir. Buster dozanı bu ay vurduranlar şanslı ola bilər.

Maskaları daha mükəmməl seçib, dekabr – yanvar ayında kütləvi yerlərdən çəkinmək lazımdır. Virus burun tənəffüs yolu ilə keçir. Mütləq burunun hər gün xüsusi dezinfeksiyasını həyata keçirmək lazımdır”.