Bu gün Günəş tutulacaq

4 Dekabr 2021 09:06 (UTC+04:00)

Bu, tam Günəş tutulmasıdır.

Təbii hadisə saat 09:29:16-da başlayacaq və saat 13:37:26-da sona çatacaq. Tutulmanın maksimumu 11:34:38-də olacaq. Hadisə 4 saat 8 dəqiqə davam edəcək. Qismən tutulma hadisəsi Avstraliyanın, Afrikanın, Cənubi Amerikanın cənub hissələrində, Sakit, Atlantik, Hind okeanlarında, tam tutulma isə Antarktidada müşahidə ediləcək.

Qeyd edək ki, Günəş tutulması Azərbaycanda müşahidə olunmayacaq