Şirvanda ticarət mərkəzində yanğın baş verib.
Aznews.az xəbər verir ki ,Şirvan şəhərində yerləşən ticarət mərkəzinin xidməti otağında baş verən yanğına qısaqapanma səbəb olub.
Yanğın Şirvan YMX-nın yanğınsöndürənləri tərəfindən lokallaşdırılıb. Yanğın zamanı 80 kvadratmetr sahəni əhatə edən müşahidə kameralarının server otağı, anbarda yerləşən tütün məmulatları və mərkəzin əməkdaşlarının şəxsi əşyaları yanıb.
Faktla bağlı araşdırma aparılır.