Göyçayda 80 yaşlı kişini yük maşını vuraraq öldürüb

4 Dekabr 2021 16:15 (UTC+04:00)

Göyçay şəhərində piyadanı avtomobil vurub.

Aznews.az xəbər verir ki, hadisə bu gün şəhərin Natəvan küçəsində qeydə alınıb. "Ford" markalı yük avtomobili yolu keçən piyadanı, 1941-ci il təvəllüdlü Cəlal Əhmədovu vurub. Yoldakı sürücülərdən biri yaralını şəxsi avtomobilinə qoyaraq xəstəxanaya çatdırmağa çalışıb. Yaralını aparan "VAZ 2107" markalı minik avtomobili şəhərin Nizami küçəsində digər "VAZ 2107" markalı minik avtomobili ilə toqquşub. Bu qəzadan sonra 80 yaşlı kişi "Mercedes" markalı avtomobillə Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq onu xilas etmək mümkün olmayıb.