Bakıda İran vətəndaşı üzündən bıçaqlanıb

5 Dekabr 2021 09:12 (UTC+04:00)

Bakıda əcnəbi vətəndaş bıçaqlanıb.

Hadisə Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, 1999-cu il təvəllüdlü Ali Rza Mahmudi mübahisə zəminində bıçaqlanıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona üz nahiyəsinin kəsilmiş yarası diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır. (Report)