Goranboyda biri əcnəbi olmaqla, 2 nəfər dəm qazından ölüb

5 Dekabr 2021 17:41 (UTC+04:00)

Goranboyda 3 nəfər dəm qazından zəhərlənib.

Aznews.az xəbər verir ki, hadisə Qarasüleymanlı qəsəbəsində qeydə alınıb.

Belə ki, üç nəfər dəm qazından zəhərlənib, onlardan biri hadisə yerində, digəri xəstəxanaya aparılan zaman yolda ölüb. Dəm qazından zəhərlərənən daha bir nəfər isə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağırdır.

Ölənlər arasında Türkiyə vətəndaşı da var.

Faktla bağlı araşdırmalara başlanılıb.