Ucarda yol qəzasında 3 nəfər xəsarət alıb

5 Dekabr 2021 20:10 (UTC+04:00)

Ucarda baş verən yol qəzasında 3 nəfər xəsarət alıb.

Aznews.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Küçəkənd kəndindən keçən hissəsində qeydə alınıb.

99 LN 502 dövlət nömrə nişanlı "Hyundai" markalı minik maşını idarəetmədən çıxaraq aşıb. Nəticədə Ağdaş rayon sakinləri - 1985-ci il təvəllüdlü Pərvanə Ramiz qızı Abdullayeva, onun övladları, 2005-ci il təvəllüdlü Aytac Bəxtiyar qızı Abdullayeva və 2007-ci il təvəllüdlü Abdulla Bəxtiyar oğlu Abdullayev müxtəlif xəsarətlər alıblar. Zərərçəkən Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.