Türkiyə Vəkillər Kollegiyasının sədrliyinə seçkilər keçirilib

5 Dekabr 2021 21:10 (UTC+04:00)

Türkiyə Vəkillər Kollegiyasının sədrliyinə seçkilər keçirilib.

Aznews.az xəbər verir ki, Vəkillər Kollegiyasının sədri 25 səs çoxluğu ilə indiki Ankara Vəkillər Kollegiyasının sədri Erinç Sağkan seçilib.

Qeyd edək ki, 4-5 dekabrda Türkiyə Vəkillər Kollegiyasınının 36-cı fövqəladə iclasında keçirilən seçkilərdə indiki sədr Metin Feyzioğlu ilə E.Sağkan yarışıb.

E.Sağkan 156 səsə qarşı 181 səslə qalib gəlib.