Bakıda gecə qanlı hadisə

26 İyun 2013 10:45 (UTC+04:00)
Bu gecə Bakının Suraxanı rayonunda 55 yaşlı kişi bıçaqlanıb.

Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, 1958-ci il təvəllüdlü Gülağa Yarıyev bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Onun kim tərəfindən bıçaqlandığı məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az