Bakıda məktəbdə şagirdin neqativ hərəkətləri ilə bağlı araşdırma aparılır

7 Dekabr 2021 09:44 (UTC+04:00)

Bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

O qeyd edib ki, rayon polisin rəhbər vəzifəli şəxsləri hazırda məktəbdədir: "Tərəflərdən polisə daxil olan qarşılıqlı şikayətlərin təfərrüatları yerində yoxlanılır. Neqativ hala rəvac verən halın aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin görülməsi təmin olunacaq".