İran Prezidenti: “İŞİD-i ABŞ yaradıb”

7 Dekabr 2021 12:42 (UTC+04:00)

İran Prezidenti İbrahim Rəisi İŞİD terror təşkilatının ABŞ tərəfindən yaradıldığını iddia edib.

AzNews.az xəbər verir ki, Rəisi Suriyanın Tehranda səfərdə olan xarici işlər naziri Feysəl Mikdad ilə görüşüb.

Rəisi görüşdə ABŞ-ın bölgədə mövcudluğunu tənqid edib.

"İŞİD-i ABŞ yaradıb. ABŞ və İŞİD regionda harada yerləşsələr, oradakı insanlar təhlükəsizlik və sabitlik baxımından böyük itkilərlə üzləşirlər”, - deyə o bildirib.

Şəbnəm Zahir