Prezidentdən yeni təyinat

7 Dekabr 2021 16:14 (UTC+04:00)

Prezident İlham Əliyev Fərhad Əsgər oğlu Adıgözəlovun Dövlət Sığorta Kommersiya Şirkətinin ("Azərsığorta") sədri təyin edilməsi barədə sərəncam imzalayıb.

AzNews.az xəbər verir ki, o, 1977-ci ildə Bakıda anadan olub, 1999-cu ildə Azərbaycan Beynəlxalq Universitetində "Maliyyə və kredit" ixtisası üzrə bakalavr dərəcəsi, 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində "Beynəlxalq iqtisadi münasibətlər" ixtisası üzrə ikinci ali təhsil alıb, 2005-ci ildə isə bu universitetdə “İstehsal və Xidmət Sahələrinin İqtisadiyyatı və İdarə edilməsi” ixtisasə üzrə magistr dərəcəsi alaraq ali təhsil müəssisəni fərqlənmə diplomu ilə bitirib.