Sahibə Qafarova Türkiyəyə gedib

8 Dekabr 2021 18:42 (UTC+04:00)

Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə parlament nümayəndə heyəti İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqının 16-cı sessiyasında iştirak etmək üçün Türkiyənin İstanbul şəhərinə gəlib.

Aznews.az xəbər verir ki, Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, İstanbul Atatürk hava limanında nümayəndə heyətini Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, ölkəmizin İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, TBMM-in Milli Məclislə dostluq qrupunun rəhbəri Şamil Ayrım və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclis sədrinin İƏT Pİ-nin sessiyasında çıxışı və tədbirdə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulub.