DİN 14 yaşlı qızın anası tərəfindən oğurlanması iddialarına münasibət bildirib

9 Dekabr 2021 15:30 (UTC+04:00)

DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev cavab olaraq bildirib ki, yayılan məlumatlar araşdırılır.

“Bu barədə məlumatlıyıq. Artıq araşdırmalara başlanılıb”, - şöbə rəisi qeyd edib.

Xatırladaq ki, sosial şəbəkələrdə Şirvan rayon sakini Tamella Mustafayeva qızının narkotik aludəçisi olduğunu iddia edir. O bildirib ki, 14 yaşlı nəvəsi qızı və onun tanışı tərəfindən evindən oğurlanıb. T.Mustafayevanın iddiasına görə, həmin şəxslər yeniyetmənin ona qaytarması müqabilində 5 min manat pul istəyirlər.