Şəki sakini odlu silahı və 67 patronu polisə təhvil verib

11 Dekabr 2021 12:21 (UTC+04:00)

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın könüllü təhvil verilməsi istiqamətində profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, vətəndaşlara edilən müraciət və profilaktiki tədbirlərin nəticəsi olaraq şəhər sakini Müşviq Məsimzadə müraciət edərək müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngini və müxtəlif markalı yivli silahlara məxsus ümumilikdə 67 ədəd patronu könüllü olaraq polisə təqdim edib.

Faktla bağlı araşdırma aparılır.