İranda ötən gün koronavirusdan 58 nəfər ölüb

11 Dekabr 2021 15:33 (UTC+04:00)

İranda ötən sutka ərzində 58 nəfər koronavirusdan (COVID-19) ölüb.

Aznews.az xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da ölkədə bu virusdan ölənlərin sayı 130 661 nəfərə yüksəlib.

İranda son 24 saat ərzində 1 681 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 6 152 524 nəfərə çatıb.