AŞPA-da Avropa Xalq Partiyası qrupuna sədr seçildi

26 İyun 2013 13:23 (UTC+04:00)
Bu gün AŞPA-nın Avropa Xalq Partiyası qrupunda qrup sədri vəzifəsinə seçkilər keçirilib.

APA-nın Avropa bürosunun məlumatına görə, siyasi qrupda keçirilən seçkilərdə AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi, ispan deputat Pedro Aqramunt 56 səslə qalib gəlib. Qrupda ikinci yeri 46 səs toplamış Finlandiya təmsilçisi Kimmo Sasi tutub.

AzNews.az