Parlamentdə saçyolduya çıxdılar - VİDEO

26 İyun 2013 14:30 (UTC+04:00)
Tayvanda parlamentin iclasında iki qadın deputat arasında dava düşüb.

Qadın deputatlar bir-birlərini itələyərək kürsüyə çıxmağa çalışıblar. Daha sonra bir-birlərinin saçlarını yolmağa başlayan deputatları uzun müddət ayırmaq mümkün olmayıb.

Qadın deputatlardan birini kişi həmkarı tribunadan uzaqlaşdırmağa çalışıb.

Qeyd edək ki, Tayvan parlamentində belə hadisələr əvvəllər də dəfələrlə baş verib. Daha əvvəlki münaqişələrdə deputatlar bir-birini boğmağa çalışıb, bir-birlərinin başına zibil qutusu keçirib, təpik yumruq vurublar. //anspress//




AzNews.az