Gürcüstanda koronavirusun “omikron” ştamına yoluxmalarla bağlı araşdırma aparılır. Tibbi sahə üzrə mütəxəssislər ölkədə “omikron” stamına yoluxma ilə əlaqədar bir neçə şübhəli hal olduğunu bildirirlər.
Aznews.az xəbər verir ki, artıq laboratoriyalarda tədqiqatlara başlanılıb, nəticəsi yaxın günlərdə məlum olacaq.
Gürcü epidemioloqlar COVID-19-un təhlükəli növünün Gürcüstanda da təsdiqlənəcəyini real hesab edirlər və bunun da ciddi problemlərə səbəb olacağını vurğulayırlar.