Minik avtomobili ilə yük maşını toqquşdu: xəsarət alan var

26 İyun 2013 14:33 (UTC+04:00)
Yevlaxda minik avtomobili ilə yük maşını toqquşub.

Yevlax rayonunun Tanrıqullar kəndi ərazisində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Rayonun Hürüşağı kənd sakini Nizami Musayevin idarə etdiyi "VAZ-21099" markalı minik avtomobili yolda hərəkətdə olan Bəhruz Mürsəlovun idarə etdiyi "Kamaz" markalı yük maşını ilə toqquşub, daha sonra isə yaxınlıqdan keçən "10 LS 526" dövlət nömrə nişanlı "VAZ 2106" markalı avtomobilə dəyib.

Hadisə nəticəsində "VAZ-21099" markalı avtomobil yararsız hala düşüb. Sürücü Nizami Musayev xəsarət alıb. O, Mingəçevir şəhər Mərkəzi xəstəxanasına yerləşdirilib. Vəziyyəti sabitdir.
Faktla bağlı araşdırma aparılır.//trend//

AzNews.az