Mal-qara oğurluğu ilə məşğul olan şəxs tutuldu

26 İyun 2013 15:37 (UTC+04:00)
Lənkəran rayonu ərazisində mal-qara oğurluğu ilə məşğul olan şəxs yaxalanıb.

Bu barədə məlumatı Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) istintaq bölməsinin rəisi Polad Mehdiyev verib. Onun sözlərinə görə, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Osaküçə kənd sakini, 36 yaşlı Mirzəşah Kazım oğlu Kazımov şübhəli şəxs qismində saxlanılıb. M. Kazımovun ətrafında aparılan araşdırma zamanı məlum olub ki, bu şəxs yaşadığı kənddə sakinlərə məxsus 7 baş iribuynuzlu mal-qaranı oğurlayıb. Onun sakinlərə ümumilikdə 3900 manat maddi ziyan vurduğu müəyyən edilib. Araşdırma nəticəsində oğurlanan mal-qaranın bir qismi Masallı şəhər bazarında aşkar edilərək sahiblərinə qaytarılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Lənkəran rayon Məhkəməsi saxlanılan M. Kazımov barəsində 2 aylıq həbs qəti-imkan tədbiri seçib.//apa//

AzNews.az