Dörd evdən oğurluq edən şəxs saxlanıldı

16 Dekabr 2021 19:30 (UTC+04:00)

Binəqədi rayonunda dörd evdən oğurluq edən şəxs saxlanılıb.

Aznews.az xəbər verir ki, rayon ərazisində müxtəlif vaxtlarda dörd evdən pul, elektrik naqili, elektrik mişarı, açarlar, su qızdırıcısı və məişət əşyası oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.Şükürlü rayon polis idarəsinin 40-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı rayon polis idarəsində araşdırma aparılır.