Bu gün bazarda satılan sümüksüz ətin bir kilosu 15-17 manat civarındadırsa, demək, dönərə vurulan 100 qram ətə ən azı 1 manat 70 manat qəpik vəsait xərclənməlidir. Dönərə vurulan digər inpredientləri, digər məhsulları, dönər çörəyini, habelə enerji israfını, insan əməyini də hesablasaq, onda bir dönər 3 manatdan ucuz satılmamalıdır ki, qazanc əldə edilsin. Toyuq dönərinin isə onun filesindən hazırlandığını nəzərə alsaq, bu məqama da mütləq diqqət edək. Bazarda bir kilo toyuq filesi 8 manatdan ucuz deyil. Qalanını özünüz hesablaya bilərsiniz.
İndilikdə isə sizi bir qədər keçmişə aparacam. İki-üç il əvvəl AQTA Bakının bir çox yerlərində 1 manata satılan dönərin insan orqanizmi üçün təhlükəli olub-olmamasına münasibət bildirmişdi. Agentliyin Kommunikasiya və informasiya texnologiyaları şöbəsindən elə beləcə də bildirmişdi. SİTAT: "Satılan məhsulun qiymətinin aşağı olması heç də həmin məhsulun insan sağlamlığı üçün təhlükəli olduğu mənasına gəlmir. Yalnız aparılmış laborator müayinələrin nəticələri əsasında hər hansı bir məhsulun insan qidası üçün yararlı olub-olmaması haqqında rəy vermək olar".
Maraqlıdır, görəsən AQTA-da ətin kilosunun 15, filenin 8 manat olduğu bir vaxtda hələ də bir manata dönər satıldığından xəbərləri varmı? Ya ora vurulmuş ətin çəkisi dəfələrlə azdır, ya da ora vurulan ət deyil. Məsələ bu qədər sadə.
İndi isə peşəkar rəyinə diqqət yetirək. Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov KİV-ə verdiyi açıqlamaların birində deyir:
"Dönərxanada birinci növbədə dönəri bişirən adamların peşəkar aşpaz olub-olmaması yoxlanılmalıdır. Aşpazlıq diplomları varmı? Həmin dönəri bişirən şəxslər işə müqavilə ilə götürülüblərmi? Həkim müayinəsindən keçiblərmi? Əgər bütün bu sualların cavabı müsbətdirsə, yəqin ki, problem ətdə və ya hazırlanma texnologiyasındadır. Zəhərlənmənin səbəbləri sırasında ətin saxlanılması qaydalarına riayət olumamasını da göstərmək olar. Həmin dönərxananın əti haradan aldığı, ətin necə işləndiyi, hansı etaplardan keçdiyi, ora necə gəlib çıxdığı və oradakı hazırlıq prosesinə diqqət edilməlidir. Bundan sonra zəhərlənmənin konkret səbəbindən danışmaq olar".
Bu açıqlamada "dönərxanının əti haradan aldığı" ifadəsinə fikir verdinizmi? Türkiyədə dönərxanlara ət xüsusi depolardan, paketlənmiş şəkildə gətirilir. Daha doğrusu dönərçinin sifarişiylə. Yəni, dönərçi əlcəksiz əlləri ilə dönər aparatının oxuna qan-tər içində ət vurmur.
Bakıda dönər biznesi ilə məşğul olan əksər sahibkarların ucuz, murdar, hətta ölmüş heyvanların ətlərindən alıb necə gəldi dönər hazırlaması sizcə az adama məlumdur? Ucuz və təhlükəli, murdar, xəstəlikdən ölmüş leş ətlərin bazarlara ayaq açması problemi nəhayət ki, həll edilməlidir. Qida Təhlükəsizliyi Agentliyi ictimaiyyətlə effektiv iş aparmalıdır. Elə iş aparmalıdır ki, ictimaiyyət ona inansın. Çox təəssüflər ki, bu hələ arzu olaraq qalır.
O ki qaldı istinad edilən "QOST 30524 məsələsinə, bu da maraqlı məqamdır. 2013-cü il noyabrın 14-də Dövlətlərarası Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma Şurasının 44 saylı protokoluna isə Ermənistan, Belarus, Moldova, Rusiya və Özbəkistan səs verib. Hə, bizim istinad etdiyimiz o sənədə. Bunu isə elə belə yazdım... /lent.az/