Aleyna Tilki həbs ediləcək

17 Dekabr 2021 23:04 (UTC+04:00)

Türkiyəli məşhur popçu Aleyna Tilki həbs ediləcək.

Belə ki, 2020-ci ilin yanvar ayında İtaliyanın Milan şəhərinə uçmaq üçün hava limanına gedən müğənni orada Neslihan Ö. adlı mühafizəçini təhqir edib:

“Sən kimsən, polissən? Səni tapıb məhv edəcəyəm, axmaqsan? Sənə görə təyyarəyə gecikəcəyəm”.

Neslihan Ö.-nün şikayətindən sonra müğənni polis mərkəzində ifadə verib, uçuşunu təxirə salaraq hava limanından ayrılıb.

Faktla bağlı Qaziosmanpaşa Baş Prokurorluğunda gənc müğənni ilə bağlı cinayət işi başlanılıb.

Məhkəmə qərarı ilə təqsirləndirilən Aleyna Tilki vəzifə başında olan dövlət məmurunu təhqir etmək ittihamı ilə 7080 Türkiyə lirəsi məbləğində cərimələnib. Həmçinin, təhdid etməkdə təqsirli bilinərək 5 ay həbs cəzası alıb.

Mənbə: A Haber