İranda Omicron ştamına ilk yoluxma halı qeydə alınıb

19 Dekabr 2021 15:52 (UTC+04:00)

İranda Omicron ştamına ilk yoluxma halı qeydə alınıb.
Aznews.az xəbər verir ki, bunu bu gün İran Səhiyyə Nazirliyi yanında Yoluxucu Xəstəliklərin Müalicəsi Mərkəzinin meneceri Məhəmməd Mehdi Quyya bildirib.
O bildirib ki, qonşu ölkədən qayıdan Tehran sakinində bu səhər koronavirusun Omicron ştamı aşkarlanıb.