Mahir Emreli Bakıya qayıdıb

20 Dekabr 2021 09:17 (UTC+04:00)

24 yaşlı hücumçu bu barədə instaqram hesabından paylaşım edib.

Forvard axşam saatlarında Bakıya çatıb. Hava limanından foto paylaşan Emreli postda "family coming first" (ailə birinci gəlir) yazıb.

Qeyd edək ki, "Legiya" fanatları Ekstraklasanın XVIII turunda Plotsk "Visla"sına 0:1 hesablı məğlubiyyətdən sonra "Legiya"nın futbolçularına hücum edib. Nəticədə Mahir Emreli başından xəsarət alıb. O, hadisədən sonra Varşava təmsilçisində oyuna və məşqlərə çıxmayıb. Hücumçunun Varşafa təmsilçisindən ayrılacağı gözlənilir. (Report)