Toğrul Nərimanbəyov Fransada dəfn olunacaq - VİDEO

26 İyun 2013 18:50 (UTC+04:00)
İyunun 2-də Fransada vəfat edən xalq rəssamı, dünya şöhrətli Toğrul Nərimanbəyovun 24 gündən sonra nəhayət ki, Parisdə dəfn edilməsinə qızı Əsmər Nərimanbəyova razılıq verib.

"Onu burada torpağa tapşırmağa icazə verdilər. Buna görə də onu burada torpağa tapşıracağıq. Bir ildən sonra isə tanrı imkan versə, Azərbaycana gətirib orada təzədən dəfn edərik", deyə Ə. Nərimanbəyova bildirib.

Onun sözlərinə görə, amma Fransa hökuməti bunu da eləmir: "Biz çarəsizik, artıq bizim Xarici İşlər Nazirliyi Fransa Xarici İşlər Nazirliynə nota verib. Lakin Fransa tərəfi ailə işlərinə qarışmaqdan imtina edib. Ən maraqlısı odur ki, biz Toğrul Nərimanbəyovun meyitinin saxlandığı yerə gələndə, onlar fikirləşdilər ki, biz onu oradan aparmağa gəlmişik. Onlar biləndə ki, məhkəmə olub, onlar imtina etdilər və bizə məhkəmənin qərarını gətirməyi istədilər".

Rəssamın qızı deyir ki, məhkəmə onun həyat yoldaşının lehinə qərar çıxarıb: "Onlar dedilər ki, onda onun razılığını gözləmək lazımdır".//anspress//




AzNews.az