Parlamentdə “Media haqqında” qanun layihəsi ilə bağlı daha bir dinləmə keçiriləcək

20 Dekabr 2021 17:36 (UTC+04:00)

Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılovun da dinləmədə iştirakını zəruri sayan spiker bildirib ki, 2 böyük dinləmə və komitələrin birgə keçirdiyi dinləmələr kimi yeni dinləmədə də istəyən hər kəsin iştirakı təmin edilməlidir: “Keçən dəfə dinləməni onlayn keçirməyə məcbur olduq. Bu PSR testlərlə bağlı idi. Ancaq növbəti dinləmənin canlı keçirilməsinə çalışacağıq”. (APA)