Eynicinslilərin nikahı məhkəmədən də dəstək aldı

26 İyun 2013 19:09 (UTC+04:00)

Amerikanın Ali Məhkəməsi nikahın qorunması haqqında federal qanunu ləğv edib. Həmin qanuna əsasən nikah ancaq qadın və kişi arasında ittifaq hesab edilirdi. Beləliklə də dolayısı ilə də olsa məhkəmə eynicinslilərin nikahının qanunu qüvvəyə minməsinə yol açıb. "CBS News"un məlumatına görə, qərarın ləğvinə 5, əleyhinə 4 isə nəfər səs verib.

Qeyd edək ki, martı ayında keçmiş dövlət katibi Hillari Klinton eynicinslilərin nikahının rəsmiləşdirlməsinə tərəfdar olduğunu bildirmişdi. Onun sözlərinə görə, insanların hüquqları eynidir və evliliklə bağlı da hüquqların məhdudlaşdırılması yolverilməzdir. Klinton belə nikahları dəstəkləməklə yanaşı, onlara icazə verən qanunun qəbulunu da tövsiyə etmişdi.

Elnarə
AzNews.az