Avropada qazın qiyməti tarixi rekord vurub

21 Dekabr 2021 22:53 (UTC+04:00)

Avropada qazın qiyməti ticarət sessiyasının sonunda min kubmetr üçün 2 100 ABŞ dollarından yuxarı olub.

Aznews.az xəbər verir ki, Londonun “İCE Futures” birjasında keçirilən hərracda TTF qovşağında yanvar fyuçerslərinin qiyməti hər min kubmetr üçün 2 107 ABŞ dolları səviyyəsində ticarəti başa vurub.

Beləliklə, qazın qiymətinin ümumi artımı təxminən 23% təşkil edib.

Qeyd edək ki, Avropada qazın qiymətinin sürətlə artması səhər saatlarından başlayıb. Bu günün rekord qiyməti isə 2190,4 ABŞ dolları təşkil edib.