Səyavuş Aslan dünyasını dəyişdi

27 İyun 2013 06:29 (UTC+04:00)
Azərbaycanın Xalq artisti Səyavuş Aslan uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

AzNews.az xəbər verir ki, iyunun 27-də gecə saatlarında vəziyyəti pisləşən Xalq artisti bir neçə dəqiqə sonra vəfat edib.

Azərbaycan aktyor sənətinin görkəmli nümayəndələrindən biri olan Aslanov Səyavuş Məmmədağa oğlu 1935-ci il sentyabr ayının 5-də Bakıda doğulub. Həvəskar aktyor kimi dram dərnəyində fəaliyyətə başlayan S. Aslan 1958-ci ildə Quba Dövlət Dram Teatrında işləyib.

1994-1996-cı illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının bədii rəhbəri işləyən S.Aslan 1974-cü ildə Azərbaycan Respublikasını əməkdar artisti, 1982-ci ildə Xalq artisti fəxri adları ilə təltif olunub.
Ölümündən iki gün əvvəl Prezidentin sərəncamı ilə "Şərəf" ordeni ilə təltif edilən S.Aslan həm də Prezident təqaüdçüsü olub.
Allah rəhmət eləsin!

AzNews.az