Azərbaycan və Türkiyə XİN rəhbərləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib

25 Dekabr 2021 17:00 (UTC+04:00)

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.

Aznews.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı tərəflər Azərbaycan-Türkiyə əlaqələrini və Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər.