2022-ci ildə Rusiya üçün ən böyük təhlükə nədir?

27 Dekabr 2021 12:49 (UTC+04:00)

“2022-ci ildə Rusiya üçün ən böyük təhlükə iqtisadi problemlərdir”

AzNews.az xəbər verir ki, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) rəsmisi, general Aleksandr Mixaylov deyib.

Mixaylov bildirib ki, qiymət artımı Rusiya əhalisinin sosial vəziyyətinə mənfi təsir göstərəcək.
Əhalinin bu vəziyyətinə görə kimlərinsə məsuliyyət daşıdığını vurğulayan FTX rəsmisi cəmiyyətdəki radikal meyllərin, etirazların da bundan qaynaqlandığını söyləyib. O xainlərin və casusların sayının artmasının iqtisadiyyatdakı problemlərlə bağlı olduğunu qeyd edib.

Mixaylov gələcək illərdə Rusiyada yaşanması gözlənilən ən mühüm problemlər arasında rəqəmsal texnologiyaların və kiber hücum cinayətlərinin artmasını da nümunə göstərib.

Şəbnəm Zahir