Atəşkəs pozulub

27 İyun 2013 07:58 (UTC+04:00)
Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Əbdülrəhmanlı, Horadiz, Aşağı Seyidəhmədli, Qorqan, Aşağı Veysəlli, Tərtər rayonunun Seysulan, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

AzNews.az