Bakıda dəhşət: kişi arvadını və gəlinini qətlə yetirdi

27 İyun 2013 08:35 (UTC+04:00)
İyunun 26-da Bakı şəhərinin Xəzər rayonunda dəhşətli qətl hadisəsi baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Şüvəlan qəsəbəsi Əliheydər Qarayev küçəsində yaşayan 1958-ci il təvəllüdlü Bayramov Valeh Vaqif oğlu həyat yoldaşı, 1964-cü ildə anadan olmuş Bayramova Gülnarə Mürsəl qızını çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib.

O daha sonra evdə olan və hadisələrə şahidlik edən gəlini 1989-cu il təvəllüdlü Bayramova Sahilə Akif qızını da eyni üsulla öldürüb. Gənc qız evdən qaçaraq canını qurtarmaq istəsə də V.Bayramov onu həyətdə tutub və amansızlıqla qətlə yetirib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.2.7-ci maddəsi ilə iş başlanılın. Hadisədən sonra ərazini tərk edən V.Bayramov tutularaq istintaqa təhvil verilib. O ilkin ifadəsində hadisəni ailə münaqişəsi zəmində törətdiyini deyib. İşsiz olan 55 yaşlı kişi bildirib ki, həyat yoldaşı onu saymadığı üçün bu əməli törədib.

Araşdırmalar davam etdirilir.

AzNews.az