Xalq rəssamını dəfn etmək üçün yer axtarılır

27 İyun 2013 08:39 (UTC+04:00)
Azərbaycanın xalq rəssamı Toğrul Nərimanbəyovun nəşi Fransa məhkəmə-tibbi ekspertizasının binasında saxlanılır. Bu barədə açıqlama verən mərhumun qızı Əsmər Nərimanbəyova bildirib ki, Toğrul Nərimanbəyovu dəfn etmək üçün yer axtarılır.

Bir müddət əvvəl Toğrul Nərimanbəyovun Fransada dəfn olunması haqda məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb. Nəticədə məhkəmə onun Fransada dəfn olunmasına qərar verib. T.Nərimanbəyovun dəfn mərasiminin iyunun 26-sı ya da 27-də keçirilməsi planlaşdırılırdı.

Xatırladaq ki, Toğrul Nərimanbəyov iyunun 2-də Parisdə vəfat edib. Onun qızı və həyat yoldaşı arasındakı mübahisə səbəbindən rəssamın dəfni gecikir.//anspress//

AzNews.az