Zərdabda qanunsuz ov edən şəxs saxlanılıb

29 Dekabr 2021 11:22 (UTC+04:00)

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Bəyimli kəndində qanunsuz ov edən rayon sakini Səyyab İsrafilov saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Həmin şəxsdən müvafiq sənədləri olmayan “Toz” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.