İran prezidenti yeni heyət formalaşdırır

27 İyun 2013 08:03 (UTC+04:00)
İran prezidenti Həsən Ruhani İranla "altılıq" ölkələri arasında nüvə müzakirələrinin aparılması üçün heyət formalaşdırılması barədə tapşırıq verilib. Bu barədə məlumatı İranın xarici işlər naziri Əli Əkbər Salehi verib. İran mətbuatının məlumatına görə, heyətdə İran XİN-in təmsilçisi də var.

Ancaq hələlik İranın "altılıq" ölkələri arasında nüvə müzakirələrinin keçiriləcəyi tarix bəlli deyil. Buna səbəb isə İranda keçirilən prezident seçkiləridir.

Elnarə
AzNews.az