Rejissor Vladimir Qorriker vəfat edib

31 Dekabr 2021 17:43 (UTC+04:00)

Rejissor bu gün 96 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Vladimir Mixayloviç Qorikker 1925-ci ildə Moskvada anadan olub.

O, "Daş qonaq", "Çar gəlini", "Ekran ulduzu", "Monmartrın damları altında", "Payız zəngləri", "Gümüş revyu" operalarına quruluş verib.

1990-cı illərin əvvəllərində yaradılmış “Kino və musiqi” studiyasının bədii rəhbəri olub, burada öz ssenarisi üzrə “Boris Qodunov” və “Cülyetta və Romeo” filmlərini çəkib.

Xatırladaq ki, Vladimir Qorriker 1970-ci ildə “Azərbaycanfilm” kinostudiyasında çəkilən “Sevil” filminin rejissoru olub, 1971-ci ildə Azərbaycan SSR əməkdar incəsənət xadimi adına layiq görülüb.