Ukraynanın məşhur oriental rəqqasəsi Bakıya toya gəlir

27 İyun 2013 09:27 (UTC+04:00)
Ukraynanın məşhur oriental rəqqasəsi Alla Kuşnir Bakıya gəlir. İyun 29-da paytaxtımızda olacaq Alla toy məclisinə təşrif gətirir.

Məlumata görə, iş adamlarından birinin xeyir işinə qatılan rəqqasənin paytaxtımızla bağlı planları bununla bitmir. Rəqqasə tanınmış teleaparıcı Zemrifa Adığözəlovanın da qonağı olacaq. Zemfiranın verdiyi məlumata görə, o, Alla ilə iş birliyinə imza atır: "Rəqqasə iki gün Bakıda qalacaq. Alla Qazaxıstandan gəlib və burdan Misirə yollanır. Rəqqasə bundan sonra bizim yerli telekanallarda tez-tez görünəcək. Bir müddətdən sonra daha geniş məlumat verəcəyik. Hər ikimizin möhtəşəm şousu gözlənilir".

Onu da qeyd edək ki, Alla Kuşnir ötən il də məhz teleaparıcı Zemfiranın qonağı olmuşdu. Otellərin birində təşkil olunan "Şərq gecəsi"ində solo rəqslər nümayiş etdirən rəqqasə Azərbaycan tamaşaçıları üçün 3 saat rəqs etmişdi.//lent.az//

AzNews.az