Xəzərdə daha bir nəfər batıb

27 İyun 2013 09:38 (UTC+04:00)
Xəzər dənizi sahilində daha bir nəfər boğularaq ölüb.

Qaradağ rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Sahil qəsəbəsi yaxınlığında dəniz sahili ərazidə 40-45 yaşlı kişi suda boğulub. Onun meyiti çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Ölüm faktı ilə bağlı araşdırmalar aparılır. Dənizdə boğulan şəxsin kimliyi hələlik məlum deyil.

AzNews.az