Zəngəzur toponimləri

3 Yanvar 2022 12:49 (UTC+04:00)

Balasoltalı - Qubadlı rayonunda kənd. Həkəri çayının sol sahilində, Qarabağ silsiləsinin ətəyindədir. Balasoltanlı kənd inzibati ərazi vahidinin mərkəzidir. Kənd rayon mərkəzindən şərqdə, rayonun 25 km-də, dəniz səviyyəsindən 790 m hündürlükdə yerləşir. 33 km məsafədə Həkəri dəmir yolu stansiyası yerləşirdi. Kəndin ərazisindən Həkəri-Laçın şose yolu keçirdi. Balasoltanlı kəndi Xocik, Padar və Mollabürhan kəndləri ilə qonşudur. Kənddə işğala qədər (1993) orta məktəb, klub, ATS, mağaza, §orabin ilkin emali zavodu vo digor sosial obyektlor var idi. 34 ev, 168 nəfər əhali olmuşdur.

Balasoltanlı kəndində Mal təpə, Quru dərə və s. yer adları vardır.

Balaşlu - Sisyan rayonunda kənd adı. 1728-ci ildə tərtib olunmuş "İrəvan əyalətinin icmal dəftəri"ndə Rəvan əyalətinin Sisyan nahiyəsində kənd adı kimi qeyd olunur. Balaba məxsus kənd mənasındadır.

Baldırğanlı – Laçın rayonunda kənd. Qarabağ silsiləsinin ətəyində, Həkəri çayının sahilindədir. Mığıdərə kənd inzibati ərazi vahidliyinin tabeliyindədir. Kənd rayonun 25 km-də yerləşir. Kənddə işğala qədər (1992) müxtəlif sosial obyektlər və 5 ev, 25 nəfər əhali olmuşdur. Baldırğanlı kəndində Zeynalın bulağı, Soyuq bulaq, Uzun güney, Dağdağanın yanı , Kalbaşavsənnər, Tırtıryatan və s. mikrotoponimlər vardır.

Kəndi XX əsrin əvvəllərində haqverdi uşağı nəsli Baldırğanlı adlanan sahədə salmışdır. Yaşayış məntəqəsi baldırğan bitkisinin çoxluğu ilə əlaqədar belə adlandırılmışdır.

Balk - Qafan rayonunda kənd adı. Erməni mənbələrində Baxk. Rayonun Sünik bölgəsində yerləşirdi. Bölgənin ən qədim yaşayış məntəqələrindəndir. Musa Kalankatlının "Alban tarixi"ndə Albaniyanın Sisakan əyalətində mahal adı kimi qeyd olunmuşdur ("Alban tarixi", III kitab, 17-ci fəsil). X əsrdə Eçalan da adlanmışdır. Ehtimal ki, qədim türk dillərində balık "şəhər" sözündəndir.

Ballıqaya - Qubadlı rayonunda kənd. Hal kəndi inzibati ərazi vahidinin tabeliyindədir. Kənd rayon mərkəzindən cənubda, rayonun 13 km-də, dəniz səviyyəsindən 750 m hündürlükdə yerləşir. Ballıqaya kəndi Hal, Mollalı, Məmər və Boynəkər kəndləri ilə qonşudur.

Kənddə işğala qədər (1993) orta məktəb, klub, kitabxana, mağaza ve digər sosial obyektler var idi. 43 ev, 189 nəfər əhali olmuşdur. Ballıqaya kəndində Balliqaya dərəsi, Vənni dərəsi, Taxtala düzü, Samanlı dərəsi və s. yer adları vardır. Kəndin adı Ballıqaya dərəsinin adından götürülüb.

Ardı var...

Mənbə: Musa Urud “Zəngəzur toponimləri”, Bakı-2013