İranın dini lideri Ayətullah Əli Xamneyi ABŞ-ın hava hücumunda həyatını itirən Qasım Süleymaninin ailəsi ilə görüşüb.
AzNews.az xəbər verir ki, dini lider buradakı çıxışında ABŞ-ın keçmiş prezidenti D.Trampı hədəf alıb.
Ayətullah Əli Xamneyi İnqilab Keşikçiləri Ordusu Qüds Qüvvələrinin komandiri Qasım Süleymaninin öldürülməsi ilə bağlı Donald Trampın göstəriş verdiyini bildirib.
O D.Trampın dünyada törətdiyi cinayətlərə görə cavab verdikdən sonra tarixin zibil qutusunda unudulacağını deyib.
Xatırladaq ki, 3 yanvar 2020-ci ildə ABŞ Müdafiə Nazirliyinin Bağdad Beynəlxalq Hava Limanına hücumu nəticəsində İran İnqilab Keşikçiləri Ordusunun “Qüds” Qüvvələrinin komandiri, general Qasım Süleymani və “Haşd əl-Şaabi” təşkilatının komandir müavini Əbu Mehdi əl-Mühəndisi həyatını itirib. Pentaqon Qasim Süleymaninin D.Trampın təlimatı ilə öldürüldüyünü açıqlayıb.
Şəbnəm Zahir